Bakıda "Fəsillərin hikməti və ahəngi - Qış" müsabiqəsi keçirilib

Bakıda "Fəsillərin hikməti və ahəngi - Qış" müsabiqəsi keçirilib "Sağlam Təhsil" uşaq teatrı layihəsi davam etdirilir
Sosial müdafiə
10 Fevral , 2017 16:33
Bakıda Fəsillərin hikməti və ahəngi - Qış müsabiqəsi keçirilib

Bakı. 10 fevral. REPORT.AZ/ Bakıda "Fəsillərin hikməti və ahəngi - Qış" adlı sərgi tamaşa müsabiqəsi keçirilib.

"Report" xəbər verir ki, müsabiqə Təhsil Nazirliyi, MTTM İctimai Birliyi, “Pətək” İctimai Birliyi və TİKA-nın birgə həyata keçirdiyi "Sağlam Təhsil" uşaq teatrı layihəsi çərçivəsində keçirilib.

"Pətək" İB-nin ofisində baş tutan müsabiqə MTTM İB-nin "Sağlam Təhsil Sinifləri" arasında aparılır. Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri ətrafda baş verənlərə yaradıcı yanaşmağa istiqamətləndirməklə onların təfəkkürünü inkişaf etdirmək, sosiallaşma, ümumi məqsəd uğrunda birgə çalışmaq, ətraf mühitə və canlılara diqqət, mərhəmət, qayğıkeşlik, xeyirxahlıq, insansevərlik kimi dəyərləri aşılamaqdır.

Tədbirdə Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman aparatının nümayəndələri, TİKA, Bakı şəhər Təhsil İdarəsinin nümayəndələri, həmçinin məktəb direktorları iştirak ediblər.

Qeyd edək ki, "Sağlam Təhsil" uşaq teatrı layihəsi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi