Bakıda əmək qanunvericiliyinin pozulması ilə bağlı 497 nöqsan aşkarlanıb

Bakıda əmək qanunvericiliyinin pozulması ilə bağlı 497 nöqsan aşkarlanıb “Bu il Bakı şəhəri üzrə əmək qanunvericiliyinin pozulması ilə bağlı 497 halda inzibati xəta halı aşkarlanıb. Bu səbəbdən hüquqi və fiziki şəxslər barələrində inzibati icraat başlanılıb. Yəni onlar inzibati məsuliyyətə cəlb olunub”.
Sosial müdafiə
22 Oktyabr , 2021 12:09
Bakıda əmək qanunvericiliyinin pozulması ilə bağlı 497 nöqsan aşkarlanıb
0 : 00
0 : 00

“Bu il Bakı şəhəri üzrə əmək qanunvericiliyinin pozulması ilə bağlı 497 halda inzibati xəta halı aşkarlanıb. Bu səbəbdən hüquqi və fiziki şəxslər barələrində inzibati icraat başlanılıb. Yəni onlar inzibati məsuliyyətə cəlb olunub”.

“Report” xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Həmid Ədhəmov deyib.

İdarə rəisinin sözlərinə görə, əmək haqqının ödənilməməsi, əmək müqaviləsinin ləğv edilməsində qanunvericiliyin tələblərinin pozulması, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsində yol verilən nöqsanlarla bağlı inzibati icraat başlanılıb: “Daha çox pozulma halları tikiniti sektorunda müqaviləsiz işləmək məsələsi ilə bağlı olub. İctimai iaşə, ticarət obyektlərində isə son illər əmək müqaviləsi bağlamadan işşlərə cəlb olunma faktları demək olar ki, olmayıb”.

Son xəbərlər

Orphus sistemi