Yuxarı

Bakıda "Dövlət qulluğunda motivasiya və qulluqda qalma" mövzusunda seminar keçirilir

Seminar Avropa Komissiyası və Avropa İttifaqının TAIEX (Texniki yardım və informasiya mübadiləsi) aləti çərçivəsində baş tutub

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda "Dövlət qulluğunda motivasiya və qulluqda qalma" mövzusunda seminar keçirilir. "Report"un xəbərinə görə, seminarda çıxış edən Komissiyanın hüquq şöbəsinin müdiri Vüqar Əsgərov bildirib ki, məqsəd dövlət qulluğunda motivasiya sahəsində mövcud olan xarici təcrübənin iştirakçılarla bölüşdürülməsi, Azərbaycan təcrübəsinin və beynəlxalq təcrübənin müqayisəsi, dövlət qulluqçularının motivasiyası sahəsində aktual problemlər ətrafında müzakirələrin aparılmasıdır.

Onun sözlərinə görə, son illər ölkədə dövlət qulluğunu dünya standartları səviyyəsinə qaldırmaq və dövlət qulluğunda kadrlarla işi yeni strateji formada qurmaq üçün mühüm işlər görülüb: "Bu strategiya kadr hazırlığının planlaşdırılmasını, eləcə də onların işə qəbulunu, qulluqda yüksəlişini, xidməti fəaliyyətlərinin qiymətləndirilməsini, əməyin ödənilməsini və digər məsələləri əhatə edir".

Tədbirdə çıxışlar ətrafında müzakirələr aparılıb və mövzularla bağlı Azərbaycan təcrübəsi ekspertlərin diqqətinə çatdırılıb. 

İki gün davam edəcək seminarda Belçika, İspaniya və Portuqaliyanın dövlət qulluğuna məsul qurumlarının nümayəndələri, bu sahədə ixtisaslaşmış ekspertlər bir neçə mövzularla bağlı təqdimatla çıxış edəcəklər. 

Qeyd edək ki, seminar Avropa Komissiyası ilə birgə Avropa İttifaqının TAIEX (Texniki yardım və informasiya mübadiləsi) aləti çərçivəsində keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi