Bakıda daha bir DOST Mərkəzi açılacaq

Bakıda daha bir DOST Mərkəzi açılacaq "Yaxın aylarda, təxminən may ayında Bakının Xətai rayonunda 5 saylı DOST Mərkəzinin açılışı nəzərdə tutulur".
Sosial müdafiə
18 Mart , 2022 11:58
Bakıda daha bir DOST Mərkəzi açılacaq

"Yaxın aylarda, təxminən may ayında Bakının Xətai rayonunda 5 saylı DOST Mərkəzinin açılışı nəzərdə tutulur".

"Report" xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ilin sonuna qədər isə Bərdə və Şuşa DOST Mərkəzinin açılışı da planlaşdırılıb.

F.Məmmədov vurğulayıb ki, mərkəzlərdə vətəndaşlara göstərilən xidmətlərin siyahısının da genişləndirilməsi planda var: "Hazırda həmin siyahılara yenidən baxılır".

Sədr həmçinin bildirib ki, bu ilin ötən dövrü ərzində mərkəzlərdə 140 minə yaxın vətəndaşa xidmət göstərilib.

Son xəbərlər

Orphus sistemi