Bakıda 2 fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilib

Bakıda 2 fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilib Tədbirdə ötən il Prezident mükafatlarına layiq görülən gənclərə mükafatlar təqdim olunub
Sosial müdafiə
2 Fevral , 2018 19:57
Bakıda 2 fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilib
ShutterStock

Bakı. 2 fevral. REPORT.AZ/ 2 fevral - Gənclər Günü ilə bağlı "Buta Palace"da tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və digər hökumət nümayəndələri iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bugünkü gənclər vətənpərvər, təhsilə meyilli, milli-mənəvi, mədəni köklərinə bağlı, cəmiyyətin sosial məsələlərinə diqqətli və təşəbbüskardırlar: "Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət dəstəyinin göstərilməsi sahəsində yeni formatlar tətbiq edilir. Gənclərin ictimai təşəbbüskarlığı, iştirakçılığı, təşkilatlanması məsələləri də əsas məqsədlərdəndir".

Nazir qeyd edib ki, bu il ictimai hadisələrlə zəngindir: "Bildiyimiz kimi, "EXPO 2025" sərgisinin keçirilməsi üçün Bakı 3 namizəd şəhərdən biridir. Bugünkü tədbirdə də məhz "EXPO 2025" üçün gənclər arasında esse müsabiqəsinin başlandığını elan edirik".

Bu il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini xatırladan A.Rəhimov ölkə gənclərinin dövlət başçısı İlham Əliyevə yekdilliklə səs verəcəklərinə əminliyini ifadə edib.

Tədbirdə ötən il mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində fərqləndiklərinə görə Prezident mükafatlarına layiq görülən gənclərə mükafatları təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi