Bakı üzrə pensiyaların artımla ödənişinə başlanılıb

Bakı üzrə pensiyaların artımla ödənişinə başlanılıb Bakı. 14 fevral. REPORT.AZ/ “Əmək pensiyalarının ötən il üzrə orta aylıq nominal əmək haqqına uyğun indeksasiyası ilə bağlı ciddi iş aparılır. Çünki prosedur kifayət qədər vaxt tutumludur”.
Sosial müdafiə
14 Fevral , 2019 15:56
Bakı üzrə pensiyaların artımla ödənişinə başlanılıb

Bakı. 14 fevral. REPORT.AZ/ “Əmək pensiyalarının ötən il üzrə orta aylıq nominal əmək haqqına uyğun indeksasiyası ilə bağlı ciddi iş aparılır. Çünki prosedur kifayət qədər vaxt tutumludur”. 

"Report" xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib. 

O bildirib ki, 1 mln. 300 min insanın hər birinin şəxsi vərəqəsində bu rəqəmlər işlənməlidir: "Onların böyük qismində bu rəqəmlər elektron şəkildə izlənilir. Amma bəzi spesifik sahələrdə (bunlar hərbi qulluçulara və digrlərinə aiddir) məxfiliyi nəzərə alaraq, burada kağız üzərində iş gedir. Bu proses artıq yekunlaşıb. Qrafikdə ilk mərhələdə Naxçıvan və Bakıdır. İki gün öncədən başlayaraq Naxçıvanda pensiyalar artımla verilib. Bakı üzrə ödənişlərə artıq başlanılıb və proses iki gün davam edəcək. Bundan sonra digər rayonlara da ödənişlər həyata keçiriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 7 fevral sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçirilir. Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, yanvar ayının 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi artırılıb.

Son xəbərlər

Orphus sistemi