​Bakı şəhərində çalışanların əməkhaqqı artıb

​Bakı şəhərində çalışanların əməkhaqqı artıb Ən yüksək əməkhaqqı sənaye, tikinti, bank kimi xidmət sahələrində, ən aşağı əməkhaqqı səhiyyə və sosial xidmətlər sahəsindədir
Sosial müdafiə
1707
1 Aprel , 2016 14:44
​Bakı şəhərində çalışanların əməkhaqqı artıb

Bakı. 1 aprel. REPORT.AZ/ Bu ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Bakı şəhərində çalışan işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 13,1 faiz artaraq 703,8 manat olub.

Bu barədə "Report"a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Ən yüksək orta aylıq əməkhaqqı sənaye, tikinti və bank, icarə və istehlakçılara xidmət göstərən təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı səhiyyə və sosial xidmətlər, təhsil, digər kommunal, sosial, şəxsi xidmətlərin göstərilməsi və sair sahələrdəki müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Son xəbərlər

Orphus sistemi