Bakı İstintaq Təcridxanasında nikah mərasimi olub

Bakı İstintaq Təcridxanasında nikah mərasimi olub Nikah mərasimi həbs edilmiş şəxsin müraciəti əsasında baş tutub
Sosial müdafiə
27 Noyabr , 2014 19:55
Bakı İstintaq Təcridxanasında nikah mərasimi olub

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün Bakı İstintaq Təcridxanasında (BİT) növbəti nikah mərasimi olub. Bu barədə "Report"a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Təcridxananın inzibati binasında 2 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Leyla Ağayeva və İnci Qasımova BİT-də saxlanılan təqsirləndirilən şəxs Ramil Novruz oğlu İsmayılovun vətəndaş Lalə Fərhad qızı Əsgərova ilə nikahını qeydə alıblar.

Nikah mərasimi həbs edilmiş şəxs R.İsmayılov və onun yaxınlarının müvafiq şərait yaradılması üçün Penitensiar xidmətin rəhbərliyinə müraciəti əsasında baş tutub.  

Son xəbərlər

Orphus sistemi