​Bakı bulvarında atraksionlar 3 saatlıq ödənişsiz uşaqların ixtiyarında olub

​Bakı bulvarında atraksionlar 3 saatlıq ödənişsiz uşaqların ixtiyarında olub Aksiyaya minlərlə insan qatılıb
Sosial müdafiə
28 Dekabr , 2015 14:37
​Bakı bulvarında atraksionlar 3 saatlıq ödənişsiz uşaqların ixtiyarında olub

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün Dənizkənarı Milli Parkda 15 yaşınadək olan uşaqlar üçün atraksionlardan pulsuz istifadə aksiyası keçirilib.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov "Report"a bildirib ki, aksiya yüksək səviyyədə baş tutub: "Aksiyaya minlərlə insan qatıldı. Bulvar ərazisində olan bütün atraksionlar, karusel, qatar, gəmilər saat 10:00-dan 13:00-dək uşaqların ixtiyarında oldu".

N.Məcidov onu da bildirib ki, aksiya ərzində heç bir problem yaşanmayıb və sakinlər razı qalıb.

Hələ ki, növbəti aksiyanın nə zaman keçiriləcəyi açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi