Bahar Muradova Dövlət Komitəsi ilə Mediasiya Şurasının əməkdaşlığından danışıb

Bahar Muradova Dövlət Komitəsi ilə Mediasiya Şurasının əməkdaşlığından danışıb "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə münaqişələrinin həllində Mediasiya Şurası ilə birlikdə işləyə bilər".
Sosial müdafiə
18 May , 2022 12:39
Bahar Muradova Dövlət Komitəsi ilə Mediasiya Şurasının əməkdaşlığından danışıb

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə münaqişələrinin həllində Mediasiya Şurası ilə birlikdə işləyə bilər".

"Report" xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Mediasiya Şurası fəaliyyətə başladığı ilk günlərdən Dövlət Komitəsi yeni quruma dəstək göstərməyə çalışıb: "Yerlərdə bizim mərkəzlərimiz var və orada işləyən əməkdaşların mediasiya işinə cəlb olunması üçün müraciətlərini müsbət cavablandırmışıq. Bu dəstək davam edir. Biz imkanlarımızı birləşdirməliyik. Çünki bu, ailənin sağlamlığı, ailənin qorunması və boşanmaların qarşısının alınması məsələsidir. Bizim bu nöqtədə fəaliyyətimiz birləşir. Ona görə də davamlı müzakirələr aparırıq".

Son xəbərlər

Orphus sistemi