Bahar Muradova: "Ailə institutu inkişaf etsə də, problemlər olur"

Bahar Muradova: "Ailə institutu inkişaf etsə də, problemlər olur" "Ailə institutu yeganə sahədir ki, nə qədər inkişaf etsə də, problemlər olur".
Sosial müdafiə
18 May , 2022 11:49
Bahar Muradova: Ailə institutu inkişaf etsə də, problemlər olur
Bahar Muradova

"Ailə institutu yeganə sahədir ki, nə qədər inkişaf etsə də, problemlər olur".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Beynəlxalq Ailə Günü münasibətilə "Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfransda deyib.

Onun sözlərinə görə, bəzən insanların təsəvvüründə və qanunlarda olan ailə institutu məfhumu ilə reallıqda olan məfhum arasında ziddiyyət olur: "Amma biz bu ziddiyyətləri aradan qaldırmağa çalışırıq. Bu sahədə, davamlı olaraq, iş gedir. Məqsədimiz çətin vəziyyətdə olan ailələrin sayının azadılmasına nail olmaqdır. Ailələrin azad təhlükəsiz yaşaması və müasir tendensiyalarla uyğunlaşması üçün hamımız çalışmalıyıq".

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc dövlətin ailə strategiyasının hazırlanması üçün Dövlət Komitəsinin Ailə və Sosial Xidmətlər Nazirliyinə çevrilməsini təklif edib: "Bu, təkcə status dəyişikliyi deyil, həm də dövlət siyasətinin hərtərəfli həyata keçirilməsi üçün fürsətdir".

O deyib ki, ölkəmizdə möhkəm, fədakar, qalib azərbaycanlı ailəsinə xas olan dəyərləri təbliğ edən televiziya verilişləri azdır: "Medianın "əbədi gənc" təbliğatı ilə "özü üçün yaşamaq", ümumiyyətlə, ailə qurmamaq, evlilikdən daha çox antiailə dəyərlərini təbliğ etmək bir gerçəklikdir. Valideyn olmaqdan şüurlu surətdə imtina edən, yaxud "uşaqsız ailə" modelinə şüurlu surətdə seçim edənlər mühüm bir siqnaldır".

Son xəbərlər

Orphus sistemi