Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb 2014-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 440,8 manat olduğu deyilir.
Sosial müdafiə
9 Sentyabr , 2014 12:46
Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb
Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu ilin avqustun 1-nə olan məlumata ölkədə iqtisadiyyatın müxtəlif sahələrində muzdla çalışan işçilərin sayı 1511,3 min nəfər olub.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə onlardan 894,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 616,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,5%-i təhsildə, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3%-i sənayedə, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7-%-i tikintidə, 5,0%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17,4%-i iqtisadiyyatın digər sahələrində işləyib.

Qurumdan verilən məlumata görə 2014-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 440,8 manat olduğu deyilir. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Son xəbərlər

Orphus sistemi