​Azərbaycanda işsizlərin sayı 0,5% artıb

​Azərbaycanda işsizlərin sayı 0,5% artıb Beynəlxalq metodologiya ilə aparılan hesablamalara görə, Azərbaycanda 237 min işsiz var
Sosial müdafiə
15 Sentyabr , 2014 13:33
​Azərbaycanda işsizlərin sayı 0,5% artıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanda 2014-cü ilin I rübü ilə müqayisədə işsizlərin sayı II rübdə 0,5% artıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ümumdünya Əmək Təşkilatının metodologiyası əsasında aparılan hesablamalara görə, cari ilin II rübündə ölkədə 237,3 min işsiz olub. Bu, I rübdəkindən 1 300 nəfər çoxdur.

Xatırladaq ki, rəsmi statistikaya əsasən, Azərbaycanda işsizlik səviyyəsi 5%-dir. Məşğul, yəni gəliri olanların sayı 4 556,5 min nəfərdir. Hesabat rübündə işsizlərin sayı 259,3 min nəfər olub və bu göstərici hər ay azalıb.

Son xəbərlər

Orphus sistemi