Azərbaycan prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin sayını artırıb

Azərbaycan prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin sayını artırıb Azərbaycan prezidenti fərmana dəyişiklik edib
Sosial müdafiə
12 Sentyabr , 2014 11:28
Azərbaycan prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin sayını artırıb
Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana dəyişiklik edib. Report xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 432 ştat vahidi müəyyən edilib. İndiyədək Dövlət Agentliyi işçilərinin sayı 360 idi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yarandığı vaxt ştatlı işçilərinin say həddi 120 olub.

Son xəbərlər

Orphus sistemi