Yuxarı
    Bağlamaq

    “Azəristiliktəchizat” əhalinin istiliklə tam təchiz olunmamasına aydınlıq gətirib

    Rafiq Əliyev: “2-3 günə bütün qazanxanalar işə salınacaq”

    Bakı. 16 noyabr. REPORT.AZ/ "Azərbaycanda 2-3 günə bütün qazanxanalar işə salınacaq və əhali istiliklə tam təchiz olunacaq".

    Bunu "Report"a açıqlamasında Azəristiliktəchizat ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

    O qeyd edib ki, noyabrın 15-dən etibarən əhalinin istiliklə təmin olunmasına başlanılıb: "Bütün qazanxanalar mövsümə hazırdır. Qaz təchizatı açıldıqca qazanxanalar qrafiklə qoşulur. 545 qazanxananın hamısı birdən qoşula bilməz, qaz təchizatı da, biz də tənzimləmələr aparmalıyıq. Sahələrdəki işçi qruplarının hamısı gücləndirilmiş iş rejimində işləyirlər. Qoşulmayan qazanxanalardan xəbərimiz var".

    Qurumun sözçüsü bildirib ki, orta məktəblərdə payız tətili olduğu üçün, bəzi məktəblər tətil vaxtı istiliyin verilməməsi üçün onlara müraciət edib: "Çünki içəridə axıntı ola bilər".

    R.Əliyev sözlərinə görə, hələ qazanxanalar qoşulan ərazilərdən quruma heç bir şikayət daxil olmayıb.

    O deyib ki, ötən mövsümdən borcu olan abunəçilər var: "Borcu olan vətəndaşlara xəbərdarlıq olunub. 10 gün müddətində borclarını ödəməsələr onların mənzillərinə verilən istilik təchizatı dayandırılacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi