Azərbaycanla İordaniya arasında ailə, qadın və uşaq problemlərinə dair imzalanmış sənəd təsdiqlənib

Azərbaycanla İordaniya arasında ailə, qadın və uşaq problemlərinə dair imzalanmış sənəd təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Sosial müdafiə
28 Noyabr , 2014 21:33
Azərbaycanla İordaniya arasında ailə, qadın və uşaq problemlərinə dair imzalanmış sənəd təsdiqlənib

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il oktyabrın 20-də Bakı şəhərində Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İordaniya Haşimilər Krallığının Qadın Məsələləri üzrə Milli Komissiyası arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun təsdiq edilməsi barədə sərəncam imzalayıb. "Report"un məlumatına görə, sərəncama əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə memorandumun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə də həmin memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İordaniya Haşimilər Krallığı tərəfini xəbərdar etmək tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi