​Azərbaycanla BQXK arasında əməkdaşlıq sazişinin müddəti artırılıb

​Azərbaycanla BQXK arasında əməkdaşlıq sazişinin müddəti artırılıb Sənədi nazir Fikrət Məmmədov və BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran imzalayıblar.
Sosial müdafiə
18 Mart , 2015 20:48
​Azərbaycanla BQXK arasında əməkdaşlıq sazişinin müddəti artırılıb

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Ədliyyə Nazirliyində Azərbaycan hökuməti ilə BQXK arasında imzalanmış sazişin müddətinin uzadılması haqqında protokolun imzalanması mərasimi keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə. mərasimdə Ədliyyə Nazirliyinin və BQXK-nın məsul şəxsləri, həmçinin hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin digər nümayəndələri iştirak ediblər.

Sənədi nazir Fikrət Məmmədov və BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran imzalayıblar.

BQXK ilə əməkdaşlıqdan məmnunluğunu bildirən nazir ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan genişmiqyaslı islahatlardan, qanunvericilik və institusional tədbirlərdən, bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin tətbiqindən danışıb, sazişin qüvvəsinin uzadılmasının qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə əlavə təkan verdiyini vurğulayıb.

Xanım D.Duran son illər penitensiar sistemdə aparılan köklü islahatları təqdir edib, məhkumların saxlanma şəraitinin, tibbi xidmətin əsaslı şəkildə yaxşılaşdığını və bu məsələlərin nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb, ölkəmizlə faydalı və məhsuldar əməkdaşlıq üçün yaradılmış şəraitə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirib.

Həmçinin ictimaiyyət nümayəndələri çıxış edərək Ədliyyə Nazirliyinin fəaliyyətində aşkarlığa və şəffaflığa xüsusi önəm verilməsini, ictimaiyyət üçün açıqlığını vurğulayıb, imzalanan sənədin penitensiar sistemdə qarşılıqlı fəaliyyətə töhfə verəcəyinə əminliklərini söyləyiblər.

Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə faydalı fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi