​Azərbaycanın cəzaçəkmə müəssisələrində Milad bayramı qeyd edilib

​Azərbaycanın cəzaçəkmə müəssisələrində Milad bayramı qeyd edilib Tədbirin sonunda məhkumlara bayram hədiyyələri təqdim olunub
Sosial müdafiə
7 Yanvar , 2015 20:23
​Azərbaycanın cəzaçəkmə müəssisələrində Milad bayramı qeyd edilib

Bakı. 7 yanvar. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində xristian dininə ibadət edən məhkumlar üçün nəzərdə tutulan dini ibadət otaqlarında Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası keşişlərinin iştirakı ilə Milad bayramı münasibətilə mərasimlərin keçirilməsinə şərait yaradılıb. Bu barədə "Report"a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Belə ki, bu gün dini ayinlərin icra edilməsi ilə əlaqədar Rus Pravoslav kilsəsinin keşişi Mefodi Əfəndiyev 15 saylı cəzaçəkmə müəssisəsində olub, xristianlığın pravoslav təriqətinə mənsub məhkumlarla görüşüb, dini mövzuda mühazirələr söyləyib, dualar oxuyub.

Tədbirin sonunda məhkumlara bayram hədiyyələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi