Azərbaycanın 4 regionunda gənclərin ideya yarmarkaları keçiriləcək

Azərbaycanın 4 regionunda gənclərin ideya yarmarkaları keçiriləcək Yarmarkalar Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən Quba və Ağcabədi rayonlarında təşkil ediləcək
Sosial müdafiə
29 İyun , 2016 16:12
Azərbaycanın 4 regionunda gənclərin ideya yarmarkaları keçiriləcək

Bakı. 29 iyun. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi Prezident yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region gənclərinin inkişafına dəstək” layihəsi çərçivəsində 4 regionda ideya yarmarkası təşkil edəcək.

Mərkəzdən “Report”a verilən xəbərə görə, Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən Quba və Ağcabədi rayonlarında təşkil ediləcək yarmarkaların məqsədi region gənclərinin təşəbbüskarlığının artırılması və onların kiçik layihələrinin dəstəklənməsidir.

İyul ayında keçiriləcək yarmarkalarda iştirakçı gənclər təqdimatlar şəklində öz ideyalarını dövlət qurumları, bələdiyyə, QHT və KİV-lərin, habelə ictimaiyyət nümayəndələrinin qarşısında təqdim edəcəklər.

Müstəqil qaydada formalaşdırılmış jüri tərəfindən ən çox səs toplayan ideyalar qiymətləndiriləcək. Hər regiondan 3 ən yaxşı ideya Mərkəz tərəfindən mükafatlandırılacaq və onların icrasına şərait yaradılacaq.

Qeyd edək ki, bu cür yarmarkalar regionlarda ilk dəfə keçirilir.

Mərkəzdən bildirilir ki, pilot olaraq reallaşdırılacaq yarmarkalar uğurlu olarsa, gələcəkdə bütün regionlarda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi