Azərbaycanda yeni tikiləcək binalarda əlillərin hərəkət imkanları nəzərə alınacaq

Azərbaycanda yeni tikiləcək binalarda əlillərin hərəkət imkanları nəzərə alınacaq Xüsusi məsaməcikli material istehsal edən sex yaradılacaq
Sosial müdafiə
3 Dekabr , 2014 14:31
Azərbaycanda yeni tikiləcək binalarda əlillərin hərəkət imkanları nəzərə alınacaq

Bakı. 3 dekabr. REPORT.AZ/ "Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “ASAN Xidmət”lə birgə görmə qabiliyyətində problem olan insanlar üçün xüsusi məsaməcikli materiallar istehsal edərək, yollarda, keçidlərdə, dəmir yol vağzallarında istifadə olunması məsələlərini həll etmək istəyir. Bununla bağlı Azərbaycanda həmin materialı istehsal edən xüsusi sex yaradılacaq. Artıq məsələ ilə əlaqədar hökumətə müraciət edilib”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, sağlamlıq imkanları məhdud olan insanlara bərabər imkanların yaradılması istiqamətində müvafiq orqanlarla birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub: "Bununla bağlı tikinti, nəqliyyatla bağlı qurumlara məktub ünvanlamışıq. Yeni tikiləcək binalarda və digər infrastruktur layihələrində əlillərin nəzərə alınması həmin məktubda bildirilir".

Son xəbərlər

Orphus sistemi