Azərbaycanda videoqəbul vasitəsilə notariat əməliyyatlarını yerinə yetirmək mümkün olacaq

Azərbaycanda videoqəbul vasitəsilə notariat əməliyyatlarını yerinə yetirmək mümkün olacaq Azərbaycanda vətəndaşlar videoqəbul vasitəsilə notariat əməliyyatlarını yerinə yetirə biləcəklər.
Sosial müdafiə
16 İyul , 2021 17:29
Azərbaycanda videoqəbul vasitəsilə notariat əməliyyatlarını yerinə yetirmək mümkün olacaq
0 : 00
0 : 00

Azərbaycanda vətəndaşlar videoqəbul vasitəsilə notariat əməliyyatlarını yerinə yetirə biləcəklər.

"Report”un xəbərinə görə, bu barədə Bakı şəhəri 34 saylı notariat ofisinin notariusu Sübhi Bektaşi Ədliyyə Nazirliyinin keçirdiyi onlayn brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı elektron notariat informasiya sisteminin yeni versiyası hazırlanır: "Yeni sistemdə nəzərdə tutulub ki, videoəlaqə vasitəsilə vətəndaşların notariat hərəkətləri təsdiq olunacaq. Vətəndaşların müraciəti əsasında notariat hərəkətinin aparılması nəzərdə tutulub. Bununla bağlı vətəndaş əvvəlcədən notariat ofisinə yazılı və ya elektron formada müraciət edəcək. Onlayn şəkildə rüsumlar ödənildikdən sonra notariat ofisi tərəfindən gün təyin olunacaq. Müvafiq gündə həmin şəxslər videoyazı vasitəsilə qəbul ediləcək”.

S.Bektaşi bildirib ki, videoqəbullar zamanı vətəndaşların üzü tam aydın görünməlidir.

Son xəbərlər

Orphus sistemi