Azərbaycanda vətəndaşların iri ticarət mərkəzlərinə girişi asanlaşdırılır

Azərbaycanda vətəndaşların iri ticarət mərkəzlərinə girişi asanlaşdırılır Azərbaycanda iri ticarət mərkəzlərinə daxil olan vətəndaşların COVID-19 pasportunun yoxlanılması zamanı uzun növbələrlə üzləşməmələri üçün yeni proqram təminatı istifadəyə verilib.
Sosial müdafiə
355
26 Oktyabr , 2021 13:24
Azərbaycanda vətəndaşların iri ticarət mərkəzlərinə girişi asanlaşdırılır

Azərbaycanda iri ticarət mərkəzlərinə daxil olan vətəndaşların COVID-19 pasportunun yoxlanılması zamanı uzun növbələrlə üzləşməmələri üçün yeni proqram təminatı istifadəyə verilib.

“Report” xəbər verir ki, daim təkmilləşən e-Təbib-in yeni e-Təbib Pro versiyası ilə uzun növbələrdə gözləməyə ehtiyac olmayacaq.

e-Təbib Pro hüquqi şəxslər, dövlət qurumları, ticarət mərkəzləri və s. üçün nəzərdə tutulmuş proqram təminatıdır.

İndi vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsini MRZ (machine-readable zone) aparatından keçirməklə ictimai-iaşə və bu kimi digər mərkəzlərə rahat və çevik daxil ola biləcəklər.

Qeyd edək ki, digər alternativ tətbiqlərdən fərqli olaraq, e-Təbib tətbiqini hər bir vətəndaş asanlıqla yükləyə bilər. Bir ildən artıqdır çoxfunksionallığı və rahatlığı ilə seçilən e-Təbib istifadəçilərin rəğbətini qazanıb. Tətbiqi unikal edən əsas 4 amil isə bunlardır.

1) Sertifikat əldə etmək imkanı (vaksin, əks göstəriş, immunitet)

2) Laboratoriya analizləri

3) Sağlamlıq statusu

4) Randevu-vaksinasiya-onlayn növbə

e-Təbib tətbiqinin köməyi ilə bir toxunuşla koronavirus əleyhinə qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər əldə etmək mümkündür. İstifadə etdiyiniz sistemdən asılı olaraq tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin.

Android : https://play.google.com/store/apps/details?id=az.gov.etabib

iOS : https://apps.apple.com/az/app/e-tabib/id15147772

Son xəbərlər

Orphus sistemi