Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında ölkədə 117 846 ailə (511 963 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb. Bu barədə "Report"a
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 561 ailə (49433 nəfər ailə üzvü) və ya 8,2 % azdır. Ailə üzvlərinin sayına görə isə azalma 8,8 % təşkil edib.
Ötən ay ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,27 manat (17,2 %) artaraq 151,68 manata çatıb. Ünvanlı sosial yardım alan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 243 085 nəfər, o cümlədən 1 yaşadək ailə üzvlərinin sayı 5 838 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5 640 nəfərdir. Bu yardımın təyin olunduğu ailələrin 33 433-ü tərkibində 3 və daha çox uşağı olanlardır.