Azərbaycanda üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılıb

Azərbaycanda üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılıb Onların iş saatı həftədə 36 saat olacaq
Sosial müdafiə
29 Noyabr , 2016 16:28
Azərbaycanda üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılıb.

"Report"un xəbərinə görə, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, dövlət qulluğunda olan 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün iş saatının həftədə 36 saat müəyyən edilməsi nəzərdə tutulub.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi