Azərbaycanda tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılıb

Azərbaycanda tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılıb Tütün və tütün məmulatını alanlara hədiyyənin təklifi qadağan edilib
Sosial müdafiə
25 Yanvar , 2017 18:45
Azərbaycanda tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılıb.

"Report"un verdiyi xəbərə görə, bu, Prezident İlham Əliyevin “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.

Belə ki, bundan sonra tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir. Həmçinin, tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamına da icazə verilməyəcək.

Eyni zamanda tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməz.

Qeyd edək ki, bundan əvvəl tütün məmulatının istehalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edirdi.

Son xəbərlər

Orphus sistemi