Azərbaycanda tibbi-sosial ekspert komissiyalarının keçirdiyi müayinə barədə məlumat elektron qaydada veriləcək

Azərbaycanda tibbi-sosial ekspert komissiyalarının keçirdiyi müayinə barədə məlumat elektron qaydada veriləcək Nazirlər Kabineti qərara dəyişikliklər edib
Sosial müdafiə
13 Noyabr , 2014 10:05
Azərbaycanda tibbi-sosial ekspert komissiyalarının keçirdiyi müayinə barədə məlumat elektron qaydada veriləcək

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycanda icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi sırasına yeniləri əlavə edilib.

"Report"un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti ""Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarına dəyişiklər edilib.

Belə ki, əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi, əmək müqaviləsi bildirişləri barədə məlumatın işçilərə verilməsi, tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi elektron şəkildə həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi