Azərbaycanda sosial müavinət və təqaüd alanların sayı açıqlanıb

Sosial müdafiə
  • 29 may, 2025
  • 12:36
Azərbaycanda sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
Əli Mövsümov

Aylıq sosial müavinətlər 462 min 400 nəfəri əhatə edir və 12 növ üzrə verilir.

"Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədr müavini Əli Mövsümov mayın 29-da Bakıda "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, birdəfəlik sosial müavinətlər 7 növ üzrə 21 min 100 nəfəri əhatə edir:

"Hər ay 402 minə yaxın insan 16 növ təqaüd alır".

Ə.Mövsümov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 159 xidmətindən 151-i tam rəqəmsallaşdırılıb: 

"Dövlət Sosial Müdafiə Fondunun isə 88 xidmətdən 85-i rəqəmsallaşdırılıb. Rəqəmsallaşdırılan xidmətlərdən 60-ı proaktiv şəkildə həyata keçirilir. Dövlət Sosial Müdafiə Fondunda 54 belə xidmət mövcuddur". 

Son xəbərlər

Bütün Xəbər Lenti