Bakı. 5 yanvar. REPORT.AZ/ Son beş ildə Azərbaycanda uşaqlara verilən adlar siyahısında Ömər adı Məhəmməd adını üstələyib.
"Report" Ədliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, son beş ildə doğulan oğlan uşaqlarından 7 300-nə Ömər, 7 235-nə isə Məhəmməd adı qoyulub.
Əgər 2011-ci ildə doğulan 1 424 körpəyə Ömər adı verilmişdisə, 2015-ci ildə bu rəqəm 1 672 olub.
2011-ci ildə 1 920, ötən il isə 1 492 körpəyə Məhəmməd adı verilib.
Son beş ildə doğulan uşaqlardan 16 756-sı Yusif, 16 126-sı Zəhra, 12 238-i Nuray, 11 660 nəfəri Fatimə, 11 526-sı Hüseyn, 11 362-si Əli, 7 769-u Aylin, 7 653-ü Ayan, 7 506-sı Zeynəb, 7 300 nəfəri isə Ömər adlandırılıb.
Qeyd edək ki, Ömər ən çox qoyulan adlar siyahısında 10-cu, Məhəmməd isə 11-ci sırada olub.