Yuxarı

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı məlum olub

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı məlum olub
© Report

Bakı. 16 mart. REPORT.AZ/ Bu il martın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,7 min nəfər olub, onların da 36,5 faizini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, işsizlik müavinətinin orta məbləği 361,3 manat olub.

2018-ci il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5072,6 min nəfər olub, onlardan 4820,2 min nəfərini d' məşğul əhali təşkil edib.

Cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1508,4 min nəfər olub.

2018-ci ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,2 saat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi