Azərbaycanda qanunsuz yaşayan 71 miqrant saxlanılıb

Azərbaycanda qanunsuz yaşayan 71 miqrant saxlanılıb Bakı. 13 avqust. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zəni da­vam etdirir.
Sosial müdafiə
13 Avqust , 2018 15:15
Azərbaycanda qanunsuz yaşayan 71 miqrant saxlanılıb

Bakı. 13 avqust. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zəni da­vam etdirir.

DMX-nin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, DMX tərəfindən üç gün ərzində qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı müxtəlif ölkələrin vətəndaşları olan 71 əc­­nə­bi sax­­­la­nıl­ıb.

Onlardan 10 nəfərinin Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 8-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 53 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 51-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respub­li­ka­­sı hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi