Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha üç il uzadılıb

Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha üç il uzadılıb Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha üç il uzadılıb.
Sosial müdafiə
28 Dekabr , 2022 18:54
Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha üç il uzadılıb
İlham Əliyev

Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha üç il uzadılıb.

"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi imzalaması ilə mümkün olub.

Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanırdı.

Ancaq yeni dəyişikliklə sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb.

Qeyd edək ki, dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Dəyişiklik 2023-cü ilin yanvarın 1-də qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi