Azərbaycanda pensiya alan dövlət qulluqçularının sayı açıqlanıb

Azərbaycanda pensiya alan dövlət qulluqçularının sayı açıqlanıb Dövlət qulluqçularının orta aylıq pensiya məbləği 486,1 manatdır
Sosial müdafiə
23 İyun , 2015 12:35
Azərbaycanda pensiya alan dövlət qulluqçularının sayı açıqlanıb

Bakı. 23 iyun. REPORT.AZ/ Hazırda Azərbaycanda 14 103 nəfər dövlət qulluqçusu kimi pensiya alır. Bu barədə "Report"a Dövlət Sosial Müdafiə Fondunun(DSMF) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumatda bildirilib ki, pensiya alan dövlət qulluqçularının 61,1 faizi yaşa görə, 25,9 faizi əlilliyə görə, 13 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği 486,1 manatdır.

Son statistikaya görə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

Son xəbərlər

Orphus sistemi