​Azərbaycanda muzdla işləyənlərin sayı 1,508 mln. nəfərə çatıb

​Azərbaycanda muzdla işləyənlərin sayı 1,508 mln. nəfərə çatıb Bunun 7%-i tikintidə, 5%-i nəqliyyatda, 3%-i kənd təsərrüfatında çalışır
Sosial müdafiə
8 Yanvar , 2015 12:33
​Azərbaycanda muzdla işləyənlərin sayı 1,508 mln. nəfərə çatıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2014-cü il dekabrın 1-nə 1 507,7 min nəfər olub ki, bunun da 883,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 624,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Muzdla işləyənlərin 22,5%-i təhsildə, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3%-i sənayedə, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17,4%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

Ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 442,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Son xəbərlər

Orphus sistemi