Bakı. 13 yanvar. REPORT.AZ/ Ötən il dekabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 504,0 min nəfər olub, onlardan 879,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 22,4%-i təhsil, 19,0%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Azərbaycanda 2015-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% artaraq 462,0 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub