Azərbaycanda mühafizə orderi verilən şəxslərin sayı açıqlanıb 

Azərbaycanda mühafizə orderi verilən şəxslərin sayı açıqlanıb  Bu il Azərbaycanda mühafizə orderi verilən zərərçəkmişlərin sayı açıqlanıb.
Sosial müdafiə
22 Dekabr , 2021 10:29
Azərbaycanda mühafizə orderi verilən şəxslərin sayı açıqlanıb 

Bu il Azərbaycanda mühafizə orderi verilən zərərçəkmişlərin sayı açıqlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci ilin 9 ayı ərzində ümumilikdə, 73 mühafizə orderi verilib.

Mühafizə orderinin 4-ü uzunmüddətli, 69-u isə qısamüddətli olub.

Qeyd edək ki, 2020-ci il ərzində ümumilikdə, 40 mühafizə orderi verilib. Ötən il verilən mühafizə orderinin 2-si uzunmüddətli, 38-i isə qısamüddətli olub.

Xatırladaq ki, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərərçəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktıdır.

Zərərçəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderi məişət zorakılığını törətmiş şəxsə zorakılığın təkrar törədilməsi, zərərçəkmiş şəxsin olduğu yer məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsini qadağan edə bilər. Qısamüddətli mühafizə orderi icra hakimiyyəti orqanları tərəfindən 30 gün müddətinədək verilir.

Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərərçəkmiş şəxs və ya icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir.

Son xəbərlər

Orphus sistemi