​Azərbaycanda müəllimlərin əmək haqqının artırılmasına əlavə 50 mln. manat ayrılacaq

​Azərbaycanda müəllimlərin əmək haqqının artırılmasına əlavə 50 mln. manat ayrılacaq Nazir müavini: "Gələcəkdə yaşayış minimumu və ehtiyac meyarının bərabərləşməsinə nail ola bilərik"
Sosial müdafiə
7 Oktyabr , 2015 16:57
​Azərbaycanda müəllimlərin əmək haqqının artırılmasına əlavə 50 mln. manat ayrılacaq

Bakı. 7 oktyabr.REPORT.AZ/ Azərbaycanda gələn il 22 min müəllimin diaqnostik qiymətləndirməyə cəlb olunması proqnozlaşdırılır. Bu məqsədlə 2016-cı ilin büdcə layihəsində 50 mln. manat həcmində maliyyə təminatı nəzərdə tutulub. "Report"un verdiyi xəbərə görə, bu barədə deputat Hadı Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, diaqnostik qiymətləndirmə, ümumiyyətlə, 32 min müəllimi əhatə etməklə 60 mln. manat təşkil edib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin maddi rifahını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Prezidentinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qitymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında" 2015-ci il 16 yanvar tarixli sərəncamına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılıb. Bu işin tətbiqinə Bakı şəhərində başlanılıb, növbəti ildə respublikanın 12 şəhər və rayonunun (Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı, Sabirabad) dövlət ümumi təhsil müəssisələrində aparılacaq. Həmin artımların maliyyə təminatı 2016-cı il dövlət büdcəsinin layihəsində əksini tapıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, Azərbaycan tezliklə ehtiyac meyarının yaşayış minimumuna bərabərləşdirilməsinə nail ola bilər: "Əgər 2006-cı ildə ehtiyac meyarı 58 manat idisə, indi 105 manata qaldırılıb. Bildirək ki, ehtiyac meyarı gələn il üçün bu illə sabit saxlanılıb. Hazırda yaşayış minimumunda ehtiyac meyarı 80%-ə qədərdir. Bu proses göstərir ki, gələcəkdə bu göstəricilərin bərabərləşdirilməsinə nail ola bilərik".

İ.Rəhimov əlavə edib ki, hazırda ünvanlı sosial yardım alanların sayı 112 minə yaxındır. Bu da həmin sistemin tətbiq olunduğu vaxtdan indiyədək 2 dəfədən çox artım deməkdir. Əgər 2006-cı ildə hər ailəyə 44 manat ödənilirdisə, hazırda 145 manata çatdırılıb.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova isə bildirib ki, gələn il üçün yaşayış minimumunun 131 manatdan 136 manata artırılması proqnozlaşdırılır. Orta ailə üçün ehtiyac meyarı 493,5 manat proqnozlaşdırılır ki, bu da orta aylıq əmək haqqıdan çoxdur.

Son xəbərlər

Orphus sistemi