Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda sosial-iqtisadi tərəqqinin davamlı xarakter aldığını və bu proseslərdə sosial partnyorların iştirakının vahid mövqedən və daha sistemli, konkret yanaşmalar əsasında təşkilinin qarşıda duran vəzifələrdən olduğunu vurğulayıb: “Bunun üçün hökumət, həmkarlar və işəgötürənlər arasında sosial tərəfdaşlıq sisteminin institusional struktur vahidi kimi formalaşdırılmas
Nazir bildirib ki, mütərəqqi dünya təcrübəsində bununla bağlı çoxsaylı nümunələr var: “Avropa İttifaqına üzv dövlətlərin bir çoxunda, o cümlədən Avstriya, Fransa, Belçika, İtaliya və başqa ölkələrdə, habelə qardaş Türkiyədə, MDB dövlətlərindən Rusiya, Moldova və Ukraynada da belə üçtərəfli komissiyalar mövcuddur. Təbii ki, bu qurumlar öz ölkələrində sosial-iqtisadi siyasətin hazırlanması və uğurla icrasına, əmək və sosial hüquqların təmin olunmasına fəal dəstək verir”.
Üçtərəfli Komissiyanın əmək münasibətlərinin tərəfləri (dövlət, işəgötürənlər və işçilər) arasında daha səmərəli əlaqələndirilməsində mühüm vasitə olduğunu bildirən S.Müslümov qeyd edib ki, Azərbaycanda hər üç tərəfin yüksək nümayəndəli orqanı - Nazirlər Kabineti, AHİK və ASK var: “Bu orqanlar arasında hər üç ildən bir bağlanan Baş Kollektiv Sazişdə onların öhdəlikləri müəyyən edilir. Bu öhdəliklərin daha uğurlu icrası üçün tərəflər arasında əlaqəli fəaliyyətin gücləndirilməsi vacibdir və üçtərəfli komissiyanın yaradılması bunun üçün mühüm vasitə olacaq. Komissiyanın yaradılmasında əsas məqsəd ölkədə sоsial-iqtisadi siyasətin aparılmasında razılaşdırılmış ümumi prinsiplərin müəyyən olunması üçün təkliflərin verilməsi, sоsial-əmək münasibətlərinin tənzimlənməsi və sоsial sabitliyin daha da möhkəmlənməsi üçün sosial dialoqun inkişafına dəstək verməkdir”.
Nazir onu da bildirib ki, Komissiya kollektiv danışıqların aparılması, növbəti Baş Kollektiv Sazişlərin layihələrinin hazırlanması üzrə işlərin əlaqələndirilməs
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev isə ölkədə mütərəqqi dünya təcrübəsi əsasında sosial tərəfdaşlıq sahəsində fəaliyyətin təkmilləşdirilmə
AHİK sədri, deputat Səttar Mehbalıyev həmkarlar təşkilatlarının sosial tərəfdaşlıq müstəvisində səylərini artırmağa hazır olduğunu qeyd edib. O bildirib ki, əmək və sosial hüquqların təmin olunmasında sosial tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, bunun üçün ən yaxşı alət kimi Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın formalaşdırılmas
ASK-nın baş katibi Natəvan Məmmədova yaradılacaq Komissiyanın Baş Kollektiv Sazişin icrası prosesində işəgötürənlərin də daha fəal iştirakına imkan yaradacaq.
N.Məmmədova sosial tərəfdaşlar arasında Üçtərəfli Komissiyanın yaradılmasının bütün tərəflərin yekdil məramı olduğunu və bu yöndə ASK tərəfindən bütün lazımi tədbirlərin görüləcəyini vurğulayıb.
BƏT-in İdarəetmə məsələləri üzrə Departament direktorunun müavini Kamran Fənnizadə sosial tərəfdaşlıq əlaqələrinin daha sistemli şəkildə qurulmasının sosial-əmək münasibətlərinin arzuolunan səviyyədə tənzimlənməsi üçün mütərəqqi təcrübədə sınaqdan çıxmış uğurlu vasitə olduğunu bildirib. O, BƏT-in müvafiq konvensiyalarınd
Seminarda üçtərəfli sosial dialoq üzrə institusional strukturun yaradılması sahəsində beynəlxalq təcrübə, habelə Azərbaycanda üçtərəfli sosial dialoqun mövcud vəziyyəti barədə məlumatlar verilib, yaradılacaq komissiyanın hüquqi və institusional çərçivəsi, onun təşkili üzrə görüləcək işlər müzakirə olunub. Müzakirələrin yekunu olaraq, Azərbaycanda Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılmasının sosial tərəfdaşlar tərəfindən dəstəklənməsi, Komissiyanın fəaliyyətinin maliyyələşdirilm