Azərbaycanda Milli Qəhrəmanlar üçün təyin olunmuş təqaüdün məbləği artırılıb

Azərbaycanda Milli Qəhrəmanlar üçün təyin olunmuş təqaüdün məbləği artırılıb Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Sosial müdafiə
11 Oktyabr , 2016 18:10
Azərbaycanda Milli Qəhrəmanlar üçün təyin olunmuş təqaüdün məbləği artırılıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, məqsəd Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirməkdir. 

Sənədə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1 300 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği bundan əvvəl 1 000 manat olub. 

Son xəbərlər

Orphus sistemi