Yuxarı

Azərbaycanda milli antiplagiat sisteminin yaradılması təklif olunur

Son dövrlərdə agentlik tərəfindən 52 plagiat faktı araşdırılıb

Bakı. 7 aprel.REPORT.AZ/ Azərbaycanda plagiat problemi xüsusilə dərslik və musiqi sahəsində daha geniş yayılıb.

“Report” xəbər verir ki, bunu Müəllif Hüquqları Agentliyinin (MHA) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda keçirilən dəyirmi masada Agentliyin sədri Kamran İmanov deyib.

Kamran İmanov bildirib ki, plagiatla mübarizə vacibdir və bu bir dövlət işidir. Onun sözlərinə görə, Azərbaycanda da plagiat problemi mövcuddur: “Xüsusilə də elm, dərslik və musiqi sahəsində plagiatlıq halları Azərbaycanda daha geniş yayılıb. Son dövrlərdə agentlik tərəfindən 52 plagiat faktı araşdırılıb. Bu faktların 9-u ötən ilə təsadüf edilir”. Sədr onu da bildirib ki, Azərbaycanda milli antiplagiat sisteminin yaradılmasına da ehtiyac var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi