Yuxarı
    Bağlamaq

    Azərbaycanda insan alveri qurbanı olan 2 nəfərə torpaq sahəsi ayrılacaq

    Ümumilikdə 97 nəfərə yardım göstərilib

    Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən ötən il 51 nəfər insan alveri qurbanına və insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 46 nəfər şəxsə müvafiq yardımlar göstərilib. Zəruri hallarda həmin şəxslər eyni vaxtda bir neçə yardım növü ilə əhatə olunublar.

    Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

    Həmin şəxslərdən 25 nəfərinin məşğulluğunun təmin edilməsinə, 13 nəfərinin peşə hazırlığı kursuna cəlb olunmasına köməklik göstərilib, 3 nəfər maddi, 12 nəfər tibbi, 31 nəfər hüquqi, 6 nəfər psixoloji yardımla, 5 nəfər sığınacaqla təmin edilib. Eyni zamanda, 5 nəfərin ailələrinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması, 3 nəfərin sosial xidmət müəssisəsinə yerləşdirilməsi, 1 nəfərinə əlil arabasının, 2 nəfərinə torpaq sahəsinin verilməsi üçün aidiyyəti qurumlara müraciət edilib. Qeyd edilən şəxslərdən digərləri də zəruri köməkliklərlə (hüquqlarının təmin edilməsi, övladının körpələr evi-uşaq bağçasına yerləşdirilməsi, əlillik müayinəsinin aparılması və s.) təmin olunublar. Hazırda onların bir qismi ilə işlər davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi