Yuxarı

Azərbaycanda idman mərc oyunlarının teleradiolarda reklamı məhdudlaşdırılır

Bu barədə “Reklam haqqında” qanun layihəsində maddə öz əksini tapıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda idman mərc oyunlarının telekanallarda və radiolarda reklam olunmasına məhdudiyyət qoyulacaq.

“Report” xəbər verir ki, bu barədə “Reklam haqqında” qanun layihəsində maddə öz əksini tapıb.

Milli Məclisin İqtisadi siyasət komitəsində qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı komitənin üzvü, deputat Vahid Əhmədov bildirib ki, bu reklamın əhalinin, xüsusilə də gənclərin psixologiyasına təsiri nəzərə alınaraq, yayım vaxtı saat 23:00-dan saat O7:00-a qədər müəyyən olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi