Azərbaycanda genderə həssas büdcənin yaradılması təklif olunur.
“Report” xəbər verir ki, bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT Davamlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda çıxış edib.
Onun sözlərinə görə, gender həssas büdcənin müəyyənləşdirilməsi və qanunvericilik normalarının qısa müddət hazırlanması ölkəni bu sahədə problemin həllinə daha da yaxınlaşdıra bilər: "Eyni zamanda yekun tövsiyələrə cinsi ayrı-seçkiliyin aradan qaldırılması, selektiv abort hallarının qarşısının alınması, qadın və qızlara qarşı cinsi qısnama və gender əsaslı zorakılıqla mübarizənin daxil edilməsi məqsədəuyğun olardı".