Bakı. 7 aprel. REPORT.AZ/ Cari ilin aprel ayının 1-nə olan statistikaya əsasən,
Cari ilin əvvəli ilə müqayisədə
Beləliklə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 041 813 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 797 023 nəfər) kişi, 40,9 faizi (1 244 790 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,71 faizini (751 897 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,74 faizini (661 371 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,84 faizini (634 048 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2 faizini (644 104 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,51 faizini (350 393 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.