Yuxarı

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı açıqlanıb

Sistemdə fərdi şəxsi hesabı olanların 59,3 faizi kişilərdir

Bakı. 13 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 98 995 nəfər artaraq iyulun 1-də 3 279 149 nəfərə çatıb.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İnformasiyaya görə, sığortaolunanlardan 30 yaşa qədər olanlar 684 140 nəfər (20,8 faiz), 30-40 yaşlarında olanlar 826 243 nəfər (25,2 faiz), 40-50 yaşlarında olanlar 659 202 nəfər (20,1 faiz), 50-60 yaşlarında olanlar 692 240 nəfər (21,1 faiz) təşkil edir. Digərləri isə 60 yaşdan yuxarı olan şəxslərdir. Sistemdə fərdi şəxsi hesabı olanların 1 946 089 nəfəri (59,3 faiz) kişilərdən, digərləri qadınlardan ibarətdir.

Fərdi uçot sistemi Azərbaycanda müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olmaqla, əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Bu sistem vasitəsilə vətəndaşların gələcək pensiya təminatı məqsədilə onların fərdi hesablarına pensiya kapitalının toplanması təmin olunur.

Sığortaolunanların fərdi hesablarında toplanan pensiya kapitalına mütəmadi nəzarət edə bilmələri üçün nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi