Yuxarı

Azərbaycanda fərdi şəxsi hesabı olan əcnəbilərin sayı 33 110 nəfərə çatıb

Hazırda fərdi uçot sistemində ümumilikdə 120 ölkənin vətəndaşları qeydiyyatdadır

Bakı. 12 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı cari ilin sentyabr ayında 274 nəfərə, yanvar-sentyabr aylarında isə 5 248 nəfərə artıb. 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  "Report"a verilən məlumata görə, bu ilin oktyabrın 1-nə fərdi uçot sisteminin əhatə etdiyi xarici ölkə vətəndaşlarının sayı 33 110 nəfər təşkil edib. Onlardan 88,3 faizi kişilər, digərləri qadınlardır.

Hazırda fərdi uçot sistemində ümumilikdə 120 ölkənin vətəndaşları qeydiyyatdadır. Onların sırasında daha yüksək say göstəricisinə görə, ilk yerləri Тürkiyə (15 387 nəfər), Gürcüstan (3 222 nəfər) və Rusiya (1 901 nəfər) vətəndaşları tutur. Sistemdə, həmçinin Özbəkistan (1 756 nəfər), Hindistan (1 409 nəfər), İran (1 033 nəfər), Çin (910 nəfər), Banqladeş (833 nəfər), Pakistan (695 nəfər), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (650 nəfər), Ukrayna (544 nəfər), Türkmənistan (317 nəfər), Filippin (297 nəfər), ABŞ (283), Almaniya (266), Qazaxıstan (250), İtaliya (213) və s. ölkələrin də vətəndaşları fərdi şəxsi hesaba malikdirlər.

Əcnəbilərin məcburi dövlət sosial sığorta haqqına cəlb olunaraq fərdi şəxsi hesablarında pensiya kapitalı toplamalarına şərait yaradılması həmin insanların gələcəkdə pensiya və digər sosial təminat hüquqlarına malik olmalarına əsas formalaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi