Nazir: "Azərbaycanda fəhlə peşələri üzrə kadr azdır"

Nazir: "Azərbaycanda fəhlə peşələri üzrə kadr azdır" "Ölkə üzrə peşə tədrisi mərkəzlərinin sayının artırılması planlaşdırılır"
Sosial müdafiə
20 İyun , 2017 12:24
Nazir: Azərbaycanda fəhlə peşələri üzrə kadr azdır

Bakı. 20 iyun. REPORT.AZ/ "Azərbaycanda fəhlə peşələri üzrə kadr azdır".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, heç kim ağır, fiziki işlərdə çalışmaq istəmir: "Hazırda ölkədə taxıl biçimi vaxtıdır. Amma əksər rayonlarda traktorçu və kombaynçı tapmaq olmur, bu peşə sahiblərini tapmaq müşkülə çevrilib".

Nazir bildirib ki, ölkə üzrə peşə tədrisi mərkəzlərinin sayının artırılması planlaşdırılır: "Yaxın bir-iki ay ərzində Gəncədə peşə tədris mərkəzi istifadəyə veriləcək. Növbəti il ölkənin 5-6 regionunda belə mərkəzlərin yaradılması nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi