Azərbaycanda əmək qanunvericiliyinin pozulması halları azalıb

Azərbaycanda əmək qanunvericiliyinin pozulması halları azalıb Hüquq pozuntularına əsasən özəl sektora aid müəssisələrdə yol verildiyi müəyyən olunub
Sosial müdafiə
7 Avqust , 2015 11:52
Azərbaycanda əmək qanunvericiliyinin pozulması halları azalıb

Bakı. 7 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) son bir ayda 1636 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, aparılan təhlillər nəticəsində hüquq pozuntularına əsasən özəl sektora aid müəssisələrdə, ticarət, xidmət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verildiyi müəyyən olunub. DƏMX aşkar edilən hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun şəkildə tədbirlər görüb, habelə əmək qanunvericiliyinin pozulması hallarına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, aidiyyəti işəgötürənlərə müvafiq məbləğlərdə cərimələr tətbiq edib. Cərimələrin ümumi məbləğinin 30 faizi (172608 manat) dövlət büdcəsinə ödənilib. Bu da ötən ilin iyul ayına dair müvafiq göstərici ilə müqayisədə 37,5 faiz çoxdur.

Qeyd edək ki, DƏMX tərəfindən dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, eyni zamanda işəgötürənlər arasında ardıcıl olaraq təbliğat-məlumatlandırma işlərinin aparılması iş yerlərində əmək qanunvericiliyinin pozulması hallarının ötən ay 11,2 faiz, ümumən bu ilin yanvar-iyul aylarında isə 12,5 faiz azalmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi