Yuxarı

Azərbaycanda “Əmək” ordeni təsis ediləcək

Bununla bağlı Prezident Administrasiyasına tapşırıq verilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanda “Əmək” ordeni təsis ediləcək.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev məlumat verib.

"Hesab edirəm ki, Azərbaycanda yeni bir orden təsis edilməlidir. Son vaxtlar mənim sərəncamımla bir neçə yeni orden təsis edilib. Ən böyük ordenimiz “Heydər Əliyev” ordenidir. Ondan sonra mənim sərəncamımla “Şərəf” ordeni, “Dostluq” ordeni təsis edilmişdir. Hesab edirəm ki, biz “Əmək” ordeni də təsis etməliyik. Müxtəlif sahələrdə - istər özəl, istər dövlət, fərqi yoxdur, yaxşı göstəricilər nümayiş etdirən insanları biz ordenlərlə, medallarla təltif etməliyik. Hesab edirəm ki, biz bu ənənəni bərpa etməliyik. Göstəriş verirəm, Prezident Administrasiyası bu məsələ ilə bağlı öz təkliflərini mənə təqdim etsin. “Əmək” ordeninin bir neçə dərəcəsi ola bilər. Əgər yaxşı nəticələr olsa, birinci ordeni biz pambıqçılara təqdim edə bilərik", - deyə prezident sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair keçirdiyi respublika müşavirəsində yekun nitqi zamanı bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi