Azərbaycanda əlilliyi olan daha 25 şəxs Türkiyəyə müalicəyə göndərilib

Azərbaycanda əlilliyi olan daha 25 şəxs Türkiyəyə müalicəyə göndərilib Şöbə müdiri: "Hər il Azərbaycanda 14 bərpa-müalicə müəssisəsində əlilliyi olan uşağa dövlət hesabına reabilitasiya xidməti göstərilir"
Sosial müdafiə
6 İyun , 2016 14:56
Azərbaycanda əlilliyi olan daha 25 şəxs Türkiyəyə müalicəyə göndərilib

Bakı. 6 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərdən daha 25 nəfərini Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, həmin şəxslər Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində müalicə olunacaqlar.

Heydər Əliyev Beynəlxalq Hava Limanından yola salınan əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsi yönündə həyata keçirilən tədbirlərdən razılıqla söz açıblar. Əlilliyi olan şəxslər onların rifah halının yaxşılaşdırılmasına və bərpa-müalicələrinin təşkilinə göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, əlilliyi olan şəxslərin rahat şəkildə qeyd olunan mərkəzə çatdırılması və 5 ulduz oteldə yerləşdirilməsi, bərpa-müalicə və digər müvafiq xidmətlərlə təmin edilmələri üçün lazımi təşkilati işlər görülüb: "Bu işlərə nəzarət etmək, habelə mərkəzin reabilitasiya təcrübəsinin öyrənilməsi üçün nazirliyin bir nəfər həkim əməkdaşı da qardaş ölkəyə ezam olunub. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşağın Nobel Tibb Mərkəzində ixtisaslaşmış bərpa-müalicəsi təşkil edilib. Cari ildə isə artıq 50 nəfər əlilliyi olan şəxs həmin mərkəzə göndərilib. Müalicə müəssisəsində peşəkar həkim-reabilitoloqların nəzarəti altında və təbii müalicəvi resurslardan istifadə şəraitində səmərəli bərpa-müalicə kursu tətbiq olunur”.

S.Abdullayev qeyd edib ki, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların bərpa-müalicəsi ilə bağlı ölkə daxilində də məqsədyönlü işlər aparılır: "Nazirliyin 14 bərpa-müalicə müəssisəsində hər il orta hesabla 8 min nəfərdən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti göstərilir. Ölkədə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması yönündə də mühüm addımlar atılır".

Son xəbərlər

Orphus sistemi