Azərbaycanda əlillərlə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycanda əlillərlə bağlı yeni qanun layihəsi hazırlanır Layihə ilə bağlı ictimai dinləmələr keçiriləcək
Sosial müdafiə
28 Noyabr , 2014 16:06
Azərbaycanda əlillərlə bağlı yeni qanun layihəsi hazırlanır

Bakı. 28 noyabr. REPORT.AZ/ "Əlilliyin qarşısının alınması, əlillərin sosial reabilitasiyası və sosial müdafiəsi haqqında" yeni qanun layihəsinin hazırlanmasını və bununla bağlı ictimai dinləmələr keçirməyi nəzərdə tuturuq". "Report" xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, ilkin olaraq bu istiqamətdə müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin hazırlanması qərara alınsa da, sonradan yeni qanun layihəsinin işlənilib hazırlanması məqsədəuyğun sayılıb: "Mövcud dəyişikliklərlə bağlı qanun layihəsini hazırlasaq, bütün məsələləri orada əhatə edə bilməyəcəyik, ona görə də bu yöndə tam yeni qanun layihəsi üzərində işləməyi nəzərdə tuturuq. Onu da deyim ki, bununla bağlı Nazirlər Kabineti, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər görülür. Odur ki, dekabrın 10-da bu yöndə qanun layihəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də QHT-lərlə birgə ictimai dinləmələr keçirməyi nəzərdə tuturuq".

Son xəbərlər

Orphus sistemi